Xəzər Xəbər

Rza Zərrabla bağlı gizli sənədlər yayıldı FOTO

Dünya | 11:28 • 29 Noyabr 2017
Rza Zərrabla bağlı gizli sənədlər yayıldı

Amerikada həbs olunan iş adamı Rza Zərrabın öz istəyi ilə heç bir təzyiq olmadan ittihamları qəbul etdiyinə dair gizli sənədlər yayılıb.

Zərrab sənədi oktyabrın 26-da imzalayıb. Sənədə əsasən iş adamı ona qarşı irəli sürülən ittihamların hər birini qəbul edib.

Məlumata görə, Zərrab məhkəmədə "Xalq Bank"ın baş direktorunun müavini Hakan Atillanın əleyhinə ifadə verəcək.





Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur./azvision.az

Xəbər lenti