Xəzər Xəbər

Şaxta baba ləğv olundu Yalnız Qar qıza icazə verilir

Dünya | 17:55 • 28 Noyabr 2017
Şaxta baba ləğv olundu

Rusiya məktəblərində və uşaq bağçalarında Şaxta babanın ləğv edilməsi barədə məlumatlar yayılıb.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Novosibirsk vilayətində yerləşən məktəblərdə və uşaq bağçalarında pisxoloqların rəyi əsasında Şaxta baba ilə bağlı tədbirlərin ləğvi məsələsi gündəmə gəlib.

Rəyə əsasən Yeni il tədbirləri zamanı yalnız Qar qızın fəaliyyət göstərməsinə icazə verilir.

Psixoloqların rəyinə görə, Şaxta baba uşaqların psixologiyasına mənfi təsir göstərir. Onların fəaliyyəti uşaqlarda qorxu yaradır.

Təhsil idarəsinin əmrindən sonra qərar qüvvəyə düşəcək.

Xəbər lenti