Xəzər Xəbər

Pxenyan bir il sonra nüvə silahının hazırlamasını başa çatdıra bilər

Dünya | 17:09 • 28 Noyabr 2017
Pxenyan bir il sonra nüvə silahının hazırlamasını başa çatdıra bilər

Koreya Xalq Demokratik Respublikası (KXDR) bir il sonra nüvə silahının yaradılması üzrə işlərin tamamlandığını elan edə bilər.

Bu haqda yarımadanın birləşməsi üzrə Cənubi Koreya naziri Ço Men Qen deyib.

"Şimali Koreya öz nüvə silahını daha sürətli templərlə inkişaf etdirir. Biz istisna etmirik ki, Şimali Koreya bir il sonra nüvə silahının yaradılmasını başa çatdıracaq”, - o bildirib.

Nazir xatırlatdı ki, KXDR növbəti il ölkənin yaranmasının 70 illik yubileyini qeyd edir.

Yaponiya isə Şimali Koreyanın yeni ballistik raket sınağına hazırlaşdığını göstərən radio siqnalların müəyyən edildiyini açıqlayıb. Açıqlamaya görə, raket sınaqlarının bir neçə gün ərzində keçirilməsi gözlənilir.

Qeyd edək ki, Pxenyan sentyabrın 3-də hidrogen hərbi yükünün müvəffəqiyyətlə sınaqdan keçirildiyini açıqlayıb. Hərbi yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub. Yaponiya və Cənubi Koreya hərbçiləri sınaqdan keçirilmiş hərbi yükün gücünü 160 kiloton qiymətləndirib. Bu, 1945-ci ildə Xirosimaya atılmış atom bombasının gücündən on dəfə güclüdür.

Bu, Pxenyanın altıncı nüvə sınağı idi./publika.az

Xəbər lenti