Xəzər Xəbər

Əməliyyatda qadının mədəsindən dəsmal çıxdı

Dünya | 16:34 • 28 Noyabr 2017
Əməliyyatda qadının mədəsindən dəsmal çıxdı

Türkiyənin Trabzon şəhərində həkimlər qadının mədəsindən cərrahi əməliyyatla dəsmal çıxarıblar.

Trend-in məlumatına, uzun müddət mədəsindəki ağrılardan şikayət edən qadın həkimə müraciət etdikdən sonra onun mədəsində naməlum əşya aşkar edilib. Türkiyə həkimləri dərhal cərrahi əməliyyat barədə qərar qəbul ediblər.

Əməliyyatdan sonra məlum olub ki, qadın 3 il əvvəl Avropada əməliyyat olunarkən həkimlər onun mədəsində dəsmal parçasını unudublar.

Xəbər lenti