Xəzər Xəbər

“Yenidən istefa verə bilərəm” Saad Həriri

Dünya | 15:56 • 28 Noyabr 2017
“Yenidən istefa verə bilərəm”

Livanın Baş naziri Saad HəririFransanın "C News” kanalına müsahibəsində maraqlı açıqlama verib.

Həriri, 4 noyabrda Səudiyyə Ərəbistanının paytaxtı Riyadda istefa verməyi, sonra isə istefasını təxirə salmağı ilə bağlı suala cavabında deyib:

"Vəzifəmin başındayam. Livanın Baş naziri olaraq vəzifəmi davam etdirmək istəyirəm. İstefa qərarı verməklə müsbət mənada şok effekti yaratmaq istədim. Livan xalqına böyük problemimiz olduğunu göstərmək istəyirdim. Səudiyyə Ərəbistanında baş verənlərlə bağlı isə açıqlama verməyəcəm”.

Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanın, ölkəsi üçün gələcəkdə böyük və əhəmiyyətli islahatlar edəcək biri olduğunu deyən Həriri, "Hizbullah”la bağlı fikrini də açıqlayıb: ""Hizbullah” İran üzərindən bölgədə sabitliyi təhdid edən və bütün ölkələrin işlərinə qarışan təşkilatdır”. Həriri, "Hizbullah”ın Livanda fəaliyyətini davam etdirəcəyi təqdirdə yenidən istefa verəcəyini deyib.

Fransa prezidenti Emmanuel Makronun Livanda sabitliyin təmin edilməsini istədiyini bildirən Həriri deyib: "Makron Livanı qorudu. Livan, fransızca danışan ölkədir. Eyni zamanda, Makronla xüsusi əlaqələrimiz var. Fransa və Livanın da tarixi əlaqələri mövcuddur”.

Xəbər lenti