Xəzər Xəbər

Türk Dünyası Elmlər Akademiyaları birliyinə sədrlik Azərbaycana keçib

Dünya | 13:36 • 28 Noyabr 2017
Türk Dünyası Elmlər Akademiyaları birliyinə sədrlik Azərbaycana keçib

Türk Dünyası Milli Elmlər Akademiyaları Assosiasiyasına sədrlik Türkiyədən Azərbaycana keçib. Bu barədə assosiasiyanın Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının (TWESCO) ev sahibliyi ilə keçirilən iclasında məlumat verilib.

Toplantıda TWESCO-nun prezidenti Dərxan Kıdırali, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti Murad Jurinov, Türkiyə Elmlər Akademiyası sədrinin müavini Əhməd Yurdusev, Tatarıstan Elmlər Akademiyasının vitse-prezidenti Daniya Zaqidullina iştirak ediblər.

Görüşdə tərəflər assosiasiyanın gələcək layihələrini müzakirə ediblər, həmçinin bu qurumun fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə müxtəlif təkliflər irəli sürülüb.

Toplantının sonunda xüsusi protokol qəbul olunub.

Qeyd edək ki, Türk Dünyası Milli Elmlər Akademiyaları Assosiasiyası 2015-ci ildə yaradılıb. Birliyin əsas məqsədi türk dünyasındakı elmi və intellektual əməkdaşlığın genişləndirilməsini dəstəkləməkdir. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar