Xəzər Xəbər

Gürcüstan DTX: Tbilisidə antiterror əməliyyatı zamanı 3 nəfər zərərsizləşdirilib

Dünya | 20:50 • 22 Noyabr 2017
Gürcüstan DTX:

Tbilisi şəhərinin İsani-Samqori rayonu ərazisindəki Qabriel Salou prospektindəki yaşayış binalarının birində həyata keçirilən antiterror əməliyyatı zamanı bir terrorçu sağ ələ keçirilib, 3 terrorçu öldürülüb.

Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Nino Qiorqobiani bu gün keçirdiyi brifinqdə məlumat verib.

Əməliyyat zamanı xüsusi təyinatlı dəstənin iki üzvü və Daxili İşlər Nazirliyinin əməkdaşları yaralanıb. Xüsusi təyinatlı dəstənin səhər saatlarında yaralanmış üzvü xəstəxanada ölüb.

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, əməliyyat zamanı bir nəfər də olsun mülki şəxs xəsarət almayıb:

"Xüsusi əməliyyatda nazirliyin müvafiq qurumları iştirak edib. Daxili işlər naziri və digər rəsmi şəxslər hadisə yerində olub. Polisin hər bir addımı sakinlərin təhlükəsizliyinin təmin olunmasına yönəlib.”

Xəbər lenti