Xəzər Xəbər

Türkiyə ilə İran prezidentləri Soçidə qapalı görüş keçirdi

Dünya | 18:06 • 22 Noyabr 2017
Türkiyə ilə İran prezidentləri Soçidə qapalı görüş keçirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərində iranlı həmkarı Həsən Ruhani ilə danışıqlar aparıb.

Xezerxeber.az Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, görüş yerli vaxtla saat 15:50-də başlayıb və mətbuat üçün qapalı rejimdə keçib.

Bir qədər əvvəl, yerli vaxtla saat 16:40-da (Bakı vaxtı ilə saat 17:40) Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb. Kremlin mətbuat xidməti danışıqların gedişində Astana formatında müştərək fəaliyyətlər nəzərə alınmaqla, Suriya münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə ediləcəyini bildirib.

Xəbər lenti