Xəzər Xəbər

“Uber”-də 57 milyonluq OĞURLUQ

Dünya | 17:22 • 22 Noyabr 2017
“Uber”-də 57 milyonluq

İnternet vasitəsilə xidmət göstərən "Uber”taksi şirkətinə kiber hücumlar nəticəsində 57 milyon istifadəçisinin məlumatları oğurlanıb.

Şirkət bu barədə açıqlama yayıb.

Şirkətin rəsmi açıqlamasında bildirilir ki, ötən il iki nəfər tərəfindən şirkətə qarşı həyata keçirilən kiberhücum nəticəsində dünya miqyasında 57 milyon istifadəçisinin adları, elektron poçt ünvanları və telefon nömrələri oğurlanıb.

Açıqlamaya görə, ABŞ-da "Uber” şirkətində sürücü kimi fəaliyyət göstərənn 600 min nəfərin də adı və sürücülük vəsiqəsi məlumatları ələ keçirilib.

Hücumlar nəticəsində istifadəçi və sürücülərin bank hesabları, kredit kartlarının nömrələri, səyahət etdiyi bölgələr, doğum tarixlərinin ələ keçirilmədiyi açıqlanıb. Kiberhücumların ardından şirkət bununla bağlı araşdırmaya başlayıb.

Şirkətin İdarə Heyəti rəhbəri Dara Xosrovsşahi baş vermiş hadisəyə görə bəhanə irəli sürməyəcəyini deyib: "Bunların heç biri olmamalı idi. Keçmişi silə bilmərəm, amma səhvlərimizdən dərs çıxaracağıq”.

ABŞ mətbuatında yazılan bəzi xəbərlərə görə, kiberhücumun çox geniş auditoriyaya yayılmaması və oğurlanan məlumatların silinməməsi üçün şirkətin hücumu həyata keçirən həmin iki şəxsə 100 min dollar ödədiyi iddia edilir./publika.az

Xəbər lenti