Xəzər Xəbər

General Ratko Mladiç ömürlük həbs cəzasına məhkum edilib

Dünya | 16:11 • 22 Noyabr 2017
General Ratko Mladiç ömürlük həbs cəzasına məhkum edilib

Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Bosniya serbləri ordusunun sabiq komandiri Ratko Mladiçi soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, həmçinin müharibə qanunları və ənənələrini pozmaqda təqsirkar bilib.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, tribunal 74 yaşlı generalı ömürlük həbs cəzasına məhkum edib. Bu barədə müvafiq qərar noyabrın 22-də cinayət işi üzrə sədrlik edən keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunalın hakimi Alfons Ori tərəfindən elan olunub.

Ratko Mladiç 1992-1995-ci illərdə Bosniya və Herseqovinada silahlı münaqişə zamanı serb ordusuna rəhbərlik edib. Beynəlxalq tribunal tərəfindən onun əleyhinə ilk ittihamlar 1995-ci ilin iyulunda irəli sürülüb, bir ildən sonra isə Mladiç beynəlxalq axtarışa verilib. 2011-ci ildə Serbiya tərəfi onu həbs edərək Haaqa Tribunalına təhvil verib.

2012-ci il mayın 16-da Ratko Mladiçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmə iclası 530 gün davam edib və burada zərər çəkmiş 169 şahidin və müdafiə tərəfinin 208 şahidinin ifadəsi dinlənilib. verib. General öz təqsirini inkar edib.

Xəbər lenti