Xəzər Xəbər

Şimali Koreyada əyləncə QADAĞAN EDİLDİ

Dünya | 14:35 • 22 Noyabr 2017
Şimali Koreyada əyləncə

Şimali Koreya hökuməti vətəndaşlarına özəl partilər və spirtli içkinin olduğu şənliklər təşkil etməyi qadağan edib.

Hökumət bu addımı ölkəyə tətbiq edilən sanksiyaların təzyiqinin getdikcə artması səbəbilə atıb.

Şimali Koreyanın Milli Kəşfiyyat Təşkilatı bu barədə açıqlama verib: "Pxenyanda parti orqanlarının hər gün iqtisadi çətinliklər mövzusunda insanları bilgiləndirilməsi üçün bir sistem istifadəyə verildi. Hər növ özəl partilərə, spirtli içki istifadə olunan şənliklərə və digər əyləncələrə qadağa qoyuldu”.

Təşkilat ölkəyə tətbiq edilən beynəlxalq sanksiyaların Şimali Koreyanın iqtisadiyyatına mənfi təsir göstərdiyini etiraf edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən Şimali Koreyanı terrorizmə sponsorluq edən ölkələrin qara siyahısına saldığını bildirmişdi./publika.az

Xəbər lenti