Xəzər Xəbər

Livanın Baş naziri istefa qərarından vaz keçib

Dünya | 14:16 • 22 Noyabr 2017
Livanın Baş naziri istefa qərarından vaz keçib

Noyabrın 4-də Səudiyyə Ərəbistanında istefasını elan edən Livanın Baş naziri Saad Hariri bu qərarından vaz keçib.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən məlumat verir ki, postundan getmək barədə qərarından daşınan Hariri yenidən ölkə hökumətinə başçılıq edəcək. O, bu barədə çərşənbə günü prezident sarayında keçirilən mətbuat konfransında məlumat verib.

Xatırladaq ki, noyabrın 12-də Hariri "Əl-Mustaqbal” telekanalına müsahibəsində istefa barədə qərarını "Livanın maraqlarını qorumaq” cəhdi ilə izah etmişdi. Eyni zamanda bildirmişdi ki, "Livan hökuməti tərəfindən elan olunan neytrallıq və regional münaqişələrdən uzaq durmaq prinsipləri dəqiq yerinə yetirilsə” istefasından imtina etməyə hazırdır.

Xəbər lenti