Xəzər Xəbər

Qəzaya uğrayan təyyarədəki 11 nəfərdən 8-i xilas edilib

Dünya | 14:07 • 22 Noyabr 2017
Qəzaya uğrayan təyyarədəki 11 nəfərdən 8-i xilas edilib

ABŞ Hərbi Dəniz Qüvvələrinin Okinava adasının cənub-şərqində qəzaya uğrayan C-2 təyyarəsinin göyərtəsindəki 11 nəfərdən 8-i xilas edilib.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu jurnalistlərə Yaponiyanın müdafiə naziri İsunori Onodera bildirib. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

ABŞ donanmasının 7-ci operativ komandanlığının məlumatına görə, "Ronald Reyqan” təyyarədaşıyan gəmisi istiqamətində uçan təyyarə Okinava adasından 530 kilometr cənub-şərqdə, Filippin dənizindəki Okinotori rifi yaxınlığında suya çırpılıb.

Qəzaya təyyarənin mühərrikində yaranan nasazlığın səbəb olduğu güman edilir.

Xəbər lenti