Xəzər Xəbər

ABŞ-dan Səudiyyə Ərəbistanına səyahət xəbərdarlığı

Dünya | 13:26 • 22 Noyabr 2017
ABŞ-dan Səudiyyə Ərəbistanına səyahət xəbərdarlığı
ABŞ rəhbərliyi vətəndaşlarına Səudiyyə Ərəbistanına səyahət mövzusunda xəbərdarlıq edib. Dövlət Departamenti hesab edir ki, Səudiyyə Ərəbistanında terror aktları təhlükəsi və Yəməndən ölkəyə ballistik raket atılma riskləri var.

"CNN Türk" xəbər verir ki, ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, Ər-Riyad, Ciddə, Dəhran başqa olmaqla, Səudiyyə Ərəbistanının bütün bölgələrində terror təhlükəsi olduğu üçün bu ölkəyə səfər etməmək məsləhət görülür.

ABŞ-ın Xarici İşlər Nazirliyi sözügedən bölgələrə viza və konsulluq xidmətlərinin də məhdud veriləcəyini bəyan edib. /faktxəbər

Xəbər lenti