Xəzər Xəbər

Dünyanın 10 dəhşətli kabusu - Ən təhlükəli vulkanlar - FOTOLAR

Dünya | 13:00 • 22 Noyabr 2017
Dünyanın 10 dəhşətli kabusu -

Natioanal Geographik dünyadakı ən təhlükəli 10 vulkanın siyahısını açıqlayıb.

Vulkanlar iri şəhər və qəsəbələrə yaxın ərazilərdə yerləşirlər. Bu səbəbdən də, onlar insan həyatı üçün təhlükəli hesab edilirlər. Əsas çempion:

Yelloustoun parkı - 90 km diametrlik bu park elə vulkanın özüdür. Onun püskürmə tezliyi - 600 min ildən birdir. Son dəfə isə 640 min il əvvəl püskürüb. Məhz buna görə də, alimlər bu qədər narahat olurlar. Əgər vulkan oyansa, onun külü bütün avropanı 2-3 sm-lik təbəqə ilə örtəcək. xatırladıram ki, yelloustoun Amerikada yerləşir.

Santorin - ikinci yerdə gəlir. Ona xarici görünüşünə görə qiymət vermək lazım deyil. Bütün bu ada bir vulkanın ağzı olub. Püskürmə zamanı onun konusu uçub. Halhazırda vulkan demək olar ki, qeyri-aktivdir. lakin son püskürməsi zamanı o, krit-miken mədəniyyətini məhv etmişdi.

Etna- Vaxtaşırı tək İtaliyanın deyil, bütün Avropanı da təşvişə salır.

Vezuvi - Tarixində bir şəhəri məhv edib.

Popokatepel-Cənubi Amerikanın ən təhlükəli vulkanlarından biri.

Kilauea - Bu sadəcə vulkan deyil. Bu, insanlara ilbəil yaxınlaşan lava çayıdır.

Niraqonqo - Afrikanın ən aktiv vulkanıdır.

Santa-Mariya - Onun püskürməsi 30 min il əvvəl başlayıb və hələ də davam edir. Şəkildə vulkanın insan məskənlərinə nə qədər yaxın yerləşməsi aydın görünür.

Manuo-Loa - Dünyanın ən iri vulkanlarından biri. Ümumi sahəsi 80 min kv.km təşkil edir.

Sakuradzima - Periodik olaraq yaponiya arxipelaqının cənub adalarını silkələyir. Fukusimada baş verən hadisələr vulkanın yaxınlığının nə dərəcədə təhlükəli olduğunu göstərib.


Xəbər lenti