Xəzər Xəbər

Meksikada son 20 ilin rekord qətl səviyyəsi qeydə alınıb

Dünya | 12:50 • 22 Noyabr 2017
Meksikada son 20 ilin rekord qətl səviyyəsi qeydə alınıb

2017-ci ilin oktyabrında Meksikada qətllərin sayına görə son 20 ilin rekordu qeydə alınıb: demək olar ki, 2,4 min ölüm hadisəsi. Bu barədə milli ictimai təhlükəsizlik sisteminin icraçı katibliyindən bildirilib.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, qətllərin sayına görə əvvəlki "rekord” may ayında qeydə alınmışdı – o vaxt təxminən 2,2 min nəfər öldürülmüşdü.

Katibliyin məlumatına əsasən, ilin əvvəlindən bəri ölkədə ümumilikdə 20,9 min nəfər qətlə yetirilib. 2016-cı ilin eyni dövründə isə 20,5 min qətl hadisəsi törədilmişdi. Beləliklə, 2017-ci il prezident Enrike Nyetonun hakimiyyətə gəldiyi (2012-ci ilin dekabrı) vaxtdan indiyədək qətllərin sayına görə rekord il ola bilər.

Xəbər lenti