Xəzər Xəbər

Tbilisidə bir terrorçu saxlanılıb

Dünya | 12:49 • 22 Noyabr 2017
Tbilisidə bir terrorçu saxlanılıb

Tbilisidə keçirilən antiterror əməliyyatı zamanı bir nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.

Məlumata əsasən, saxlanılan şəxs Gürcüstan vətəndaşı deyil. O, terror təşkilatının üzvüdür. Digər terrorçunun yaxalanması istiqamətində tədbirlər görülür. (APA)

 

Xəbər lenti