Xəzər Xəbər

Livanın istefa verən baş naziri Beyruta qayıdıb

Dünya | 12:19 • 22 Noyabr 2017
Livanın istefa verən baş naziri Beyruta qayıdıb

Noyabrın əvvəlində Səudiyyə Ərəbistanında istefasını elan edən Livanın Baş naziri Saad Hariri Beyruta qayıdıb.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşdən sonra Qahirədə keçirilən mətbuat konfransında çıxış edən Hariri Beyrutda respublikanın müstəqillik günü ilə bağlı bayram tədbirlərində iştirak edəcəyini bildirib.

Haririnin istefa ərizəsini Livan Prezidenti Mişel Auna Baabda sarayında rəsmən təqdim edəcəyi gözlənilir. Livanlı ekspertin fikrincə, dövlət başçısı ona yeni koalisiya hökumətinə başçılıq etməyi tapşıra bilər.

Noyabrın 12-də Hariri "Əl-Mustaqbal” telekanalına müsahibəsində istefa barədə qərarını "Livanın maraqlarını qorumaq” cəhdi ilə izah etmişdi. Eyni zamanda bildirmişdi ki, "Livan hökuməti tərəfindən elan olunan neytrallıq və regional münaqişələrdən uzaq durmaq prinsipləri dəqiq yerinə yetirilsə” istefasından imtina etməyə hazırdır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti