Xəzər Xəbər

Uşağa adqoyma faciəyə döndü – ölən və yaralanan oldu

Dünya | 11:05 • 22 Noyabr 2017
Uşağa adqoyma faciəyə döndü –

Türkiyənin Osmaniye vilayətində yeni doğulan uşağa ad qoyma üzündən iki ailə arasında baş verən qarşıdurma ölümlə nəticələnib.

Daşlar və dəyənəklərdən sonra odlu silahdan da istifadə edildiyi qarşıdurmada 1 nəfər ölüb, 7-si yaralanıb.

Yeni doğulmuş uşağa qoyulacaq adla bağlı fikir ayrılıqları olan ailələr arasında, iddiaya görə, daha əvvəlcədən də soyuq münasibətlər var idi. Mübahisələrin nəticəsi olaraq, uşağın anası atası evinə gedib. Mübahisələrə hər iki ailənin üzvlərinin də qarışması vəziyyəti daha da pisləşdirib.

Hərbi xidmətdən məzuniyyətə gələn Musa Çeçen (uşağın dayısı) tüfənglə vurularaq öldürülüb. Yaralanan 7 nəfər isə Osmaniyedə müxtəlif xəstəxanalara yerləşdirilib.
Hadisəyə görə 10 nəfər saxlanılıb.

Xəbər lenti