Xəzər Xəbər

Rusiya, Türkiyə və İran razılaşdı SON DƏQİQƏ

Dünya | 16:06 • 21 Noyabr 2017
Rusiya, Türkiyə və İran razılaşdı

Rusiya Soçi şəhərində Rusiya, Türkiyə və İran ordularının Baş qərargah başçıları - Valeri Gerasimov, Hulusi Akar və Məhəmməd Bakiri arasında görüş keçirilib.

"Sputnik” agentliyi xəbər verir ki, ali rütbəli hərbçilər Suriyada İŞİD və "Ən-Nüsra” Cəbhəsinin ("Əl-Qaidə”nin Suriya qanadı - yeni adı "Fəth əl-Şam” - red.) fəaliyyətinə tamamilə son qoymaq üçün konkret addımlar üzərində razılaşıblar.

Gerasimov Suriyada hərbi əməliyyatların aktiv hissəsinin başa çatdığını deyib.

Qeyd edək ki, noyabrın 22-də Soçidə Rusiya, Türkiyə və İran liderlərinin üçtərəfli sammiti keçiriləcək./publika.az

Xəbər lenti