Xəzər Xəbər

Ruminya ABŞ-dan raketdən müdafiə sistemi alır

Dünya | 14:41 • 21 Noyabr 2017
Ruminya ABŞ-dan raketdən müdafiə sistemi alır

Ruminya ABŞ-dan 3 konfiqurasiyalı 7 ədəd "Patriot” havadan müdafiə sistemi alacaq.

Ruminya senatının müdafiə komissiyası "Patriot” raketlərinin alınması ilə bağlı qanun layihəsi hazırlanması haqqında qərar qəbul edib.

Müdafiə naziri Mihayi-Viorel Fifor mediaya verdiyi açıqlamada bildirib ki, Ruminya ordusunun bu müdafiə sistemləri ilə təchiz edilməsi ölkəni seçilmiş bir Avropa və qlobal müdafiə klubuna daxil edir.

Nazir artıq bu il ilk sistemi aldıqlarını və bu sistemin 2020-ci ildən etibarən fəaliyyətə başlayacağını bildirib.

Sistem ilə birlikdə onunla bağlı mütəxəssislər, əlavə detallar, təmir avadanlıqları, təlim xidmətləri, özəl rejimə malik şifrələmə komandası da alınıb.

Sistemlərin toplam qiyməti isə 3,9 milyarddır.

Bu qanun layihəsi komissiyada müzakirə edildikdən sonra parlamentdə millət vəkillərinin müzakirəsinə çıxarılacaq./publika.az

Xəbər lenti