Xəzər Xəbər

İranın Ali Rəhbəri zəlzələ bölgəsində olub

Dünya | 14:38 • 21 Noyabr 2017
İranın Ali Rəhbəri zəlzələ bölgəsində olub

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Əli Xamenei zəlzələdən zərər çəkənlərlə görüşmək üçün Kirmanşaha səfər edib.


AZƏRTAC xəbər verir ki, Ali Rəhbər zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan işlərlə tanış olub, yerli əhali ilə görüşərək onların problemlərini dinləyib.


İranın Ali Rəhbəri bir daha ölkə ictimaiyyətinə səslənərək dövlət qurumları ilə yanaşı, hamının zəlzələdən zərər çəkənlərə kömək göstərməsinin zəruriliyini diqqətə çatdırıb.


Dağıntıların aradaq qaldırılması və yeni evlərin tikintisinin planı haqqında da Ali Rəhbərə məlumat verilib.

Xəbər lenti