Xəzər Xəbər

Prezident istefa verməyə razılaşdı

Dünya | 15:52 • 20 Noyabr 2017
Prezident istefa verməyə razılaşdı

Zimbabve prezidenti Robert Muqabe istefaya getməyə razılaşıb.

Bu haqda "i24 News Africa” telekanalına məlumatlı mənbə bildirib.

Məlumata görə, prezidentin istefa bəyanatının qaralaması artıq hazırdır. Mənbə qeyd edib ki, hərbçilər özü və ailəsinin təhlükəsizliyi, həmçinin xüsusi mülkiyyətin saxlanılması da daxil olmaqla, Muqabenin irəli sürdüyü bir çox tələblərlə razılaşıb.

Telekanalın həmsöhbəti qeyd edib ki, ordunun nümayəndələrinin əsas məqsədi Muqabeni hərəkətlərinin konstitusiya uyğunlaşdırılmasıdır. Muqabe istefa bəyanatını ilk növbədə parlamentin spikerinə göndərməlidir.

Xatırladaq ki, ötən həftənin çərşənbə günü hərbçilər paytaxt Hararedə Muqabenin iqamətgahını və dövlət televiziyasının mərkəzini nəzarət altına aldılar. Muqabe CAR-dan olan həmkarı Ceykob Zumo ilə telefon söhbətində təsdiq edib ki, hərbçilər onu ev həbsində saxlayırlar. Prezidentin xanımı və ehtimal edilən varisi Qreys Muqabe ölkədən qaçıb. Bir müddət əvvəl vəzifəsindən çıxarılmış vitse-prezident Emmerson Mnanqaqva isə hökumətə başçılıq etmək üçün ölkəyə qayıdıb./publika.az

Xəbər lenti