Xəzər Xəbər

Vəliəhd şahzadə: 800 milyard dolları verin, azadlığa çıxacaqsınız

Dünya | 14:05 • 20 Noyabr 2017
Vəliəhd şahzadə:
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman "Rits-Carlton" hotelində saxlanılan şahzadələri pul müqabilində azadlığa buraxmağa hazır olduğunu bəyan edib. Bu barədə "Financial Times" qəzeti yazıb.

Nəşrin iddiasına əsasən, korrupsiya iddiası ilə saxlanılan 11 şahzadə, iş adamı və onlarla əlaqəli şəxslərin sərvətləri ümumilikdə 800 milyard dollar təşkil edir. Vəliəhd şahzadə Məhəmməd bin Salman saxlanılanlara, "Pulları verin, azdlığa çıxın",-deyə mesajını göndərib.

Məlumata görə, Səudiyyə Ərəbistanı rəhbərliyi şahzadələrdən alacağı 800 milyard dollarla dövlət büdcəsini təmin etməyi düşünür. /faktxəbər

Xəbər lenti