Xəzər Xəbər

Kürd referendumunun nəticələri ləğv ediləcək

Dünya | 16:56 • 19 Noyabr 2017
Kürd referendumunun nəticələri ləğv ediləcək
Şimal İraq Kürd Muxtariyyəti hakimiyyəti müstəqilliklə bağlı referendumun nəticələrini ləğv edəcək.
Şimal İraq Kürd Muxtariyyəti hakimiyyəti bunun üçün iki məsələdə zəmanət verilməsini istəyir.

Muxtariyyətin baş naziri Neçrivan Bərzani Bağdaddan muxtariyyətin büdcəsinin formalaşdırılması üçün vəsait ayrılması və Şimali İraqa yönəlik hərbi əməliyyat keçirilməməsi yönündə qarantiya almaq üçün fəaliyyətə başlayacaq. Bu məqsədlə kürd lider yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi planlaşdırır. N. Bərzani Türkiyə prezidentinin bu məsələ ilə əlaqədar Bağdadla Ərbil arasında vasitəçilik etməsini, Türkiyə prezidenti və İraq baş naziri Haydar İbadinin iştirakı ilə üçtərəfli görüşün təşkil edilməsini istəyir.

Qeyd edək ki, sentyabrın 25-də Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92,7 faizi bölgənin İraqın tərkibindən çıxmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib və muxtariyyət rəhbərliyi ilə səsvermənin nəticələrini müzakirə etməyəcəyini bəyan edib. Daha sonra İraq ordusu neft ehtiyatları ilə zəngin Kərkükdə nəzarətin bərpa olunması istiqamətində uğurlu əməliyyat keçirib.(APA)

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti