Xəzər Xəbər

Ermənistan ordusunda cinayətlər artır, hərbçilər xəstəxanalıq olur

Dünya | 17:14 • 18 Noyabr 2017
Ermənistan ordusunda cinayətlər artır, hərbçilər xəstəxanalıq olur

Azərbaycanın Ermənistanın işğalı altındakı yaşayış məntəqələrində yerləşdirilmiş hərbi hissələrdə cinayət faktları artıb. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış qaydalarının pozulması davaya səbəb olub və hər iki əsgər xəsarət alıb.

Bundan başqa, daha bir cinayət hadisəsi nəticəsində baş nahiyəsindən xəsarət alan və hər iki qolu qırılan rabitə bölüyünün hərbi qulluqçusu Mxitar Abramyan hospitala yerləşdirilib.

Eyni zamanda Madagiz yaşayış məntəqəsində xidmət edən Civan Gevorgyan gecə saatlarında "Yat” komandasından sonra döyüldüyü üçün valideynləri Ermənistan Müdafiə Nazirliyinin istintaq idarəsinə şikayət ediblər.

Ermistanın Hadrut yaşayış məntəqəsindəki hərbi hissəsində isə Yura Martirosyan, Qrikor Danielyan və Qarik Martirosyan əlbir olaraq başqa bir hərbçini döyərək ona ağır bədən xəsarətləri yetiriblər.

Xəbər lenti