Xəzər Xəbər

Departament: ABŞ ermənilərin 50 faizdən çoxuna viza verməkdən imtina edir

Dünya | 15:47 • 18 Noyabr 2017
Departament: ABŞ ermənilərin 50 faizdən çoxuna viza verməkdən imtina edir

ABŞ müraciət edən ermənilərin 50 faizdən çoxuna qeyri-immiqrasiya vizasının verilməsindən imtina edir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət departamentinin 2017-ci il üçün xarici vətəndaşlara viza verilməsində imtina sayı üzrə hesabatından məlum olub.

Hesabatda qeyd olunur ki, Ermənistandan edilən viza müraciətlərinin 51,87 faizinə imtina cavabı verilir. Bu, 2016-cı illə müqayisədə 5,99 faiz çoxdur.

Ermənistanla qonşu ölkələrlə bağlı isə vəziyyət belədir: Gürcüstan 61,09 faiz (1,73 faiz azalma), İran 58,66 faiz (13,64 faiz artım), Türkiyə 17,86 faiz (4,24 faiz artım).

Rusiyadan da edilən viza müraciətlərinə imtinaların sayı bu il 2,32 faiz artaraq 11,61 faizə çatıb.

Xəbər lenti