Xəzər Xəbər

Bolqarıstan Xalq Məclisinin yeni sədri seçilib

Dünya | 14:23 • 18 Noyabr 2017
Bolqarıstan Xalq Məclisinin yeni sədri seçilib

Bolqarıstan Xalq Məclisinin (parlament) yeni sədri seçilib.


AZƏRTAC xəbər verir ki, GERB partiyasının parlament qrupu Xalq Məclisinin yeni sədri vəzifəsinə sabiq sədr Dimitar Qlavçevin müavini Tsveta Karayançevanın seçilməsini təklif edib. Səsvermə zamanı 138 deputat namizədin lehinə, 3 deputat əleyhinə, Bolqarıstan Sosialist partiyasını təmsil edən 71 deputat isə bitərəf qalıblar.


Xatırladaq ki, Dimitar Qlavçev vəzifəsindən sui-istifadəyə görə istefa verib.

Xəbər lenti