Xəzər Xəbər

NATO “S-400”-ə görə Türkiyəyə xəbərdarlıq etdi

Dünya | 16:29 • 17 Noyabr 2017
NATO “S-400”-ə görə

Türkiyə Rusiyadan "S-400” zenit-raket kompleksi alsa, bu ölkənin NATO texnologiyalarını əldə etməsinə məhdudiyyətlər qoyulacaq.

Bunu ABŞ Hərbi Hava Qüvvələri komandanlığının rəsmisi Heydi Qrant deyib.

Onun sözlərinə görə, Türkiyə həmçinin "F-35” tipli 5-ci nəsil bombardmançı təyyarələrini də əldə edə bilməyəcək.

O, qeyd edib ki, NATO strategiyaları S-400 sistemlərinin istifadəsinə icazə vermir.

Xəbər lenti