Xəzər Xəbər

Ərdoğandan ABŞ-a sərt ittiham

Dünya | 16:01 • 17 Noyabr 2017
Ərdoğandan ABŞ-a sərt ittiham

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatları İŞİD silahlı qruplaşmasını maliyyələşdirməkdə ittiham edib.

Ərdoğan bəyan edib ki, İŞİD-in bütün maliyyəsi ABŞ-dan gəlir.

"ABŞ bizi çox təsirləndirdi. İŞİD-lə mübarizə apardığını deyir, amma onlara pul göndərir". - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti deyib ki, əvvəllər də kimin harada nə etdiyi haqqında geniş məlumata malik olublar:

"ABŞ-ın bu qruplaşmalar vasitəsilə həyata keçirmək istədiyi ssenarini bilirik. İttifaq başqa bir şey, müttəfiqliyə sığmayacaq hərkətləri etmək də tam başqa bir məsələdir. Biz Afrində ABŞ-la brigə hərəkət etməyəcəyik. ABŞ həmişə razılaşmaları pozur” - Ərdoğan əlavə edib.

Xəbər lenti