Xəzər Xəbər

Zimbabve lideri Muqabe ilk dəfə xalqın qarşısına çıxdı

Dünya | 15:29 • 17 Noyabr 2017
Zimbabve lideri Muqabe ilk dəfə xalqın qarşısına çıxdı

Zimbabve lideri Robert Muqabe ordunun hökumətə müdaxilə etdiyi böhrandan sonra ilk dəfə xalqla qarşılaşıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Reuters-ə məlumat verən şahidlər Muqabenin paytaxtda bir universitetə səfər etdiyini bildiriblər.

Muqabenin həftənin əvvəlindən yüksək çinli hərbçilərlə gizləndiyi iddia edilirdi. Daha sonra yayılan açıqlamada "Dövlət başçısı öz evindədir və təhlükəsizdir" mesajı verilmişdi.

Xəbər lenti