Xəzər Xəbər

Səudiyyə Ərəbistanı: şahzadələrə azadlığı pulla almaq təklif olunur

Dünya | 14:58 • 17 Noyabr 2017
Səudiyyə Ərəbistanı:

Korrupsiya barədə şübhələrə görə həbs edilən kral ailəsi üzvlərinə və məmurlara azadlıqları üçün pul ödəmələri təklif olunub.


AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, həbs olunan bəzi şəxslərin öz varidatlarının 70 faizini dövlət xəzinəsinə köçürməsi tələb edilib. Hakimiyyət bu yolla neft qiymətlərinin ucuzlaşması nəticəsində boşalmış dövlət xəzinəsini doldurmaq istəyir.


Financial Times qəzetinin yaydığı məlumata görə, saxlanılan bəzi varlı məmurlar vəsaitlərinin dövlətə verilməsi prosesinə başlayıb. Onların əksəriyyəti, o cümlədən dünyanın ən varlı şəxslərindən olan milyarder şahzadə əl-Valid bin Talal, "Əl-Ərəbiyyə” telekanalının sahibi Valid əl-İbrahim, həmçinin "Binladin” tikinti qrupunun sədri Bəkr bin Laden hazırda paytaxtın "The Ritz-Carlton” otelində həbsdə saxlanılır.


Ölkədə varis şahzadə Məhəmməd ibn Salmanın başçılığı altında aparılan korrupsiya əleyhinə kampaniyanın gedişində həbs olunan şahzadələrin və yüksək rütbəli məmurların sayı 200 nəfəri keçib. Onları 100 milyard dollardan çox vəsaitin yuyulmasında və ölkə xaricinə çıxarılmasında ittiham edirlər.

Xəbər lenti