Xəzər Xəbər

Bolqarıstan Parlamentinin spikeri istefa verdi

Dünya | 14:29 • 17 Noyabr 2017
Bolqarıstan Parlamentinin spikeri istefa verdi

Bolqarıstan Parlamentinin spikeri Dimitar Qlavçev istefa verib.

D.Qlavçev istefa ərizəsini Xalq Məclisinin qeydiyyat şöbəsinə təqdim edib.

Qeyd olunur ki, spiker ölkənin baş naziri Boyko Borisov və hakim partiya nümayəndələri ilə iclasdan sonra istefa qərarını verib.

Qeyd edək ki, bir müddət əvvəl müxaslifət D.Qlavçevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edərək istefasını tələb etmişdi.

Xəbər lenti