Xəzər Xəbər

Zimbabvedə prezidentin impiçmentinə hazırlıq gedir

Dünya | 14:17 • 17 Noyabr 2017
Zimbabvedə prezidentin impiçmentinə hazırlıq gedir

Zimbabvenin iqtidar partiyası prezident Robert Muqabenin impiçmentinə dair qətnamə hazırlamaq niyyətindədir.


Xezerxeber.az-ın xarici mediaya istinadən məlumatına görə, partiya təmsilçilərindən biri deyib ki, dövlət başçısı istefa verməkdən imtina etsə, impiçmentinə dair prosesə gələn həftə start veriləcək.

Qeyd edək ki, bir müddət öncə sabiq baş nazir, müxalifət lideri Morqan Tsvanqirai R. Muqabenin ölkənin maraqları naminə istefaya getməsinin zəruri olduğunu bəyan edib. 93 yaşlı R. Muqabe isə hərbçilərlə danışıqlar zamanı istefa verməkdən imtina edib.

Xəbər lenti