Xəzər Xəbər

Türkiyə 6 sualtı qayıq inşa edəcək

Dünya | 11:24 • 24 Oktyabr 2017
Türkiyə 6 sualtı qayıq inşa edəcək

Türkiyənin müdafiə sistemini gücləndirmək məqsədilə 6 sualtı qayığın tikintisi planlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Layihə ilkin olaraq 2,7 milyard dollar dəyərləndirilir.

Sualtı qayıqların İzmir vilayətində, Gölcük tərsanəsində inşa olunacağı bildirilir.

Qeyd edək ki, Türkiyə ilk yerli istehsallı "Piri Rəis" sualtı qayığını gələn ilin sonunda suya buraxacaq.

Xəbər lenti