Xəzər Xəbər

Ermənistan ordusunun daha üç hərbi qulluqçusu fərarilik edib

Dünya | 10:26 • 24 Oktyabr 2017
Ermənistan ordusunun daha üç hərbi qulluqçusu fərarilik edib

Azərbaycanın işğal olunmuş ərazilərindəki Ermənistan ordusunun daha üç hərbi qulluqçusu fərarilik edib.


Sosial şəbəkələrdə yayılan məlumatda deyilir ki, gənclər işğalçı orduda mövcud problemlər üzündən yaranan dözülməz vəziyyətdən ancaq qaçmaqla canlarını qurtarmaq mümkün olduğunu deyirlər.


Bu günlərdə məlum olub ki, düşmən ordusunun daha üç hərbi qulluqçusu - Samvel Hovanesyan, Narek Alaverdyan və Aşot Qukasyan hərbi xidmət yerindən qaçdıqlarına görə barələrində axtarış elan edilib və cinayət işi açılıb. İstintaq və axtarış tədbirləri həyata keçirilir.


Xatırladaq ki, bir neçə gün bundan qabaq daha iki erməni zabitinin hərbi hissədən qaçaraq xarici ölkəyə getməsi barədə mətbuatda məlumat yayılmışdı.

Xəbər lenti