Xəzər Xəbər

Güclü “Lan” tufanı Yaponiya sahillərinə yaxınlaşır

Dünya | 18:04 • 21 Oktyabr 2017
Güclü “Lan” tufanı Yaponiya sahillərinə yaxınlaşır

Sakit okeanda yaranmış güclü "Lan” tufanı şimal-şərq istiqamətində hərəkət edərək Yaponiyanın Okinava prefekturasının Daiço adalarına yaxınlaşır.


AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, hazırda tufan Filippin dənizi üzərindədir və təxminən saatda 15 kilometr sürətlə Yaponiyaya doğru hərəkət edir.


Sinoptiklərin proqnozuna görə, tufan yapon adalarına bazar gününə keçən gecə çatacaq və bundan sonra bir neçə gün ərzində həmin istiqamətdə hərəkət edərək paytaxt regionu da daxil olmaqla Yaponiyanın mərkəzi hissəsinə, Şikoku adasının şərqinə çatacaq.


Meteoroloqların bildirdiyinə görə, hazırda tufanın mərkəzində küləyin sürəti saniyədə 50 metrə, şiddətlə əsdikdə 70 metrə çatır. Tufanın mərkəzindən 280 kilometr radiusda küləyin sürəti saniyədə 25 metrə bərabərdir.


"Lan” tufanı özü ilə güclü yağışlar gətirir. Amami adalarında bazar günü səhər 250 millimetr, oktyabrın 23-də isə Tokay regionunda 500 millimetr yağıntı düşəcəyi gözlənilir. Bu, Yaponiyanın bir çox rayonlarında torpaq sürüşmələrinə və daşqınlara səbəb olaraq, əhali üçün ciddi təhlükələr yaradacaq.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti