Xəzər Xəbər

Ekspert: "Rusiyada evlərin qiyməti daha 2-3 il düşəcək"

Dünya | 16:57 • 21 Oktyabr 2017
Ekspert: "Rusiyada evlərin qiyməti daha 2-3 il düşəcək"

"Proqnozlarımıza görə, Rusiyada evlərin qiyməti rubl ekvivalentində daha 2-3 il ərzində düşəcək. Azalma 2020-ci ilə qədər davam edəcək və 20-30% təşkil edəcək. Yalnız bundan sonra sabitləşmə gözlənilir". 

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə "Əmlak bazarı indikatorları" Analitik Mərkəzinin rəhbəri Oleq Repçenko çıxış edib. 

O bildirib ki, hazırda ev və mənzillərə tələbatın azalmasına səbəb əhalinin vəsaitlərinin azalması ilə bağlıdır.

Moskva Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin statistik məlumatlarına əsasən, bu ilin ilk 3 rübü ərzində Rusiya paytaxtında ev alqı-satqı əqdlərinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 30% azalaraq 327,6 minə enib. O.Repçenko bildirib: "Bu o demək deyil ki, əhaliyə ev lazım deyil. Sadəcə, onlarda pul yoxdur, alıcılıq qabiliyyəti aşağı düşüb. Satılan evlərin əksəriyyəti isə kreditlə alınır".

Xəbər lenti