Xəzər Xəbər

Kərkükdə neft sektoruna nəzarət üçün xüsusi komitə yaradılıb

Dünya | 11:12 • 21 Oktyabr 2017
Kərkükdə neft sektoruna nəzarət üçün xüsusi komitə yaradılıb

Kərkükdə neft sektoruna nəzarət üçün xüsusi komitə yaradılıb.

Xezerxeber.az məlumat verir ki, bu barədə İraqın Neft Nazirliyinin sözçüsü Asım Cihad deyib. O bildirib ki, Kərkükdə neft istehsalı sektorundakı vəziyyətin qiymətləndirilməsi və inkişafı ilə bağlı xüsusi komitə yaradılıb.

Nazirliyin bəyanatında isə qeyd edilir ki, İraqın neft naziri Cabbar Əli əl-Layibi Kərkükdə neft istehsalı üzrə fəaliyyətin monitorinqi və qiymətləndirilməsi, o cümlədən də bölgənin neft sənayesinin inkişafı məqsədilə mümkün olan ən qısa müddətdə təklif və təşəbbüslər hazırlamaq üçün "Şimal Neft Şirkəti”nin (NOC) balansında yaradılmış komitənin işinə birbaşa nəzarət edir.

Xəbər lenti