Xəzər Xəbər

İtaliya polisi 15 milyon avroluq narkotik ələ keçirib

Dünya | 09:52 • 21 Oktyabr 2017
İtaliya polisi 15 milyon avroluq narkotik ələ keçirib

İtaliyanın cənubundakı Bari şəhərində sahil-mühafizə xidməti qayıqlardan birində 1,5 ton marixuana müsadirə edib.


Narkotik vasitələrin ümumi dəyəri 15 milyon avro təşkil edir.


Hadisə ilə bağlı qayıqda olan iki nəfər – Albaniya vətəndaşları saxlanılıb.


Bundan başqa, Bari və Taranto şəhərlərində də polis ümumilikdə 1,5 milyon avro dəyərində narkotik vasitə müsadirə olunub.

Xəbər lenti