Xəzər Xəbər

Sobçak: Prezident olma şansım azdır

Dünya | 18:02 • 20 Oktyabr 2017
Sobçak:

Teleaparıcı Kseniya Sobçak Rusiyada keçiriləcək və onun namizəd olduğu prezident seçkilərində qələbə qazanmaq şansının az olduğunu etiraf edib.

Bu barədə "The Guardian" qəzetinə müsahibəsində deyib.

"Heç bir siyasi çəkim yoxdur. Ona görə də hansısa siyasi proqram başlada bilmərəm.

Sadəcə, hazırkı rəhbərliyin siyasətindən narazı olanlar məni dəstəkləyə bilər", - K.Sobçak deyib.

K.Sobçak onun kampaniyasının Kreml tərəfindən dəstəklənməsi fikrini qətiyyətlə rədd edib.

Xəbər lenti