Xəzər Xəbər

Kərkük-Ərbil yolunda ŞİDDƏTLİ DÖYÜŞ: Kürdlərə vaxt verildi

Dünya | 13:54 • 20 Oktyabr 2017
Kərkük-Ərbil yolunda

İraqda Kərkük-Ərbil yolu üzərində gərgin döyüşlər başlayıb.

İraq ordusu ilə peşmərgə arasında döyüş gedir. Kərkükün şimal-qərbindəki Pirde bölgəsində də silah səsləri eşidilir.

Bu gün səhər saatlarında başlayan döyüşdə peşmərgə "Haşdi-Şabi"ni geri oturtmağa çalışır. Hər iki tərəf ağır silahlardan istifadə edir. İraq ordusunun ərazidəki körpünü nəzarət altına aldığı və peşmərgəyə bölgəni tərk etmək üçün 2 saat verdiyi vurğulanır.

Xəbər lenti