Xəzər Xəbər

UNICEF: Banqladeşə sığınan 320 min uşaq təhlükədədir

Dünya | 12:21 • 20 Oktyabr 2017
UNICEF:
ər gün 1200-1800 arakanlı uşaq sərhəddi keçərək Banqladeşə sığınmaq məcğburiyyətində qalır. Son bir neçə gündə isə bu rəqəm 10 minə çatıb.

Bu barədə Birləşmiş Millətlərin Uşaqlara Yardım Fondunun (UNICEF) yayımladığı yeni hesabatda bildirilir. Sənəd Myanmar ordusunun və fanatik buddistlərin müsəlmanlara qarşı zorakılığını bir daha göz önünə gətirib.

Bir müddət əvvəl Banqladeşin Cox's Bazar şəhərindəki çadırları ziyarət edən UNICEF Baş direktoru Entoni Leyk bildirib ki, burdakılar bir uşağın əsla görməməsi lazım olan vəhşətə şahidlik ediblər və hamısı itirdikləri əzizlərinə görə acılar çəkiblər.

Leyk uşaqların təcili şəkildə təmiz su, yemək və tibbi ləvazimatlara ehtiyacı olduğunu vurğulayıb.

O, həmçinin uşaqların psixoloji yardıma da ehtiyacı olduğunu bildirib: «Yaşadıqları bütün acılara qalib gəlmək üçün onların köməyə, təhlsilə, psixoloji dəstəyə və ümidə ehtiyacı var. Bunu edə bilməsək,cəmiyyətə məhsuldar vətəndaş olaraq necə böyüyəcəklər? Bu böhran onların uşaqlıqlarını oğurlayır. Onların gələcəyinin də oğurlanmasına izn verməməliyik»

UNICEF-in hesabatına görə, hazırda Banqladeşə sığınan 582 min arakanlı müsəlmanın 320 minini uşaqlar təşkil edir.

Çadırlardaki dəhşətli həyat tərzi və su yoluyla keçən xəstəliklərin 320 min uşağı təhlükə altına qoduyğu deyilən hesabatda yetərsiz bəslənmə və vəbanın da onlar üçün böyük risq daşıdığı vurğulanıb.

faktxəbər

Xəbər lenti