Xəzər Xəbər

ABŞ kəşfiyyatının keçmiş direktorundan Trampla bağlı İNANILMAZ SÖZLƏR

Dünya | 11:47 • 20 Oktyabr 2017
ABŞ kəşfiyyatının keçmiş direktorundan

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Con Brennan Şimali Koreya nüvə böhranını əslində prezident Donald Trampın yaratdığını deyib.

O, D.Trampın tvitter çıxışlarının Şimali Koreyada gərginlik yaratdığını, buna görə də Pyonqyanqın əks-hücum taktikasına keçdiyini bildirib.

O, prezidentin güclü bir şəxsiyyət ortaya qoymağa çalışdığını, lakin təcrübəsizlik ucbatından bunu bacarmadığını qeyd edib:

"Donald Tramp ölkələrarası münasibətlər təcrübəsinə kifayət qədər sahib deyil. Buna görə də qarşısıalınmaz səhvlər edir. Ümidvaram ki, xarici işlər naziri Reks Tillerson mövzu ilə bağlı pərdə arxasındakı cəhdlərinə davam edəcək”./publika.az

Xəbər lenti