Xəzər Xəbər

Venesuela prezidenti sözə qulaq asmayan qubernatorları həbslə hədələdi

Dünya | 11:28 • 20 Oktyabr 2017
Venesuela prezidenti sözə qulaq asmayan qubernatorları həbslə hədələdi
Venesuela prezidenti Nikolas Maduro ölkə qubernatorlarını həbslə hədələyib. Buna səbəb müxalifətdən seçilən yeni qubernatorların mərkəzi hökumətin öhdəliyini qəbul etməməsidir.

Ötən həftə Venesuelada keçirilən seçkilər zamanı 23 qubernator postundan 18-ni Nikolas Maduronun namizədləri qazanıb.

Bu arada ölkə prezidenti bütün şəhərlərdə hökumət əleyhinə davam edən mitinqlər zamanı zorakılığın dayandırılmasını istəyib.

Xəbər lenti