Xəzər Xəbər

Çexlər avronun əleyhinədirlər

Dünya | 18:47 • 19 Oktyabr 2017
Çexlər avronun əleyhinədirlər

"Právo” qəzetinin sifarişi ilə aparılmış tədqiqatların nəticəsi sübut edir ki, çexlərin 88,4 faizi ölkədə ümumxalq səsverməsi (referendum) tətbiq edilməsini istəyirlər.


Hazırda bu cür səsvermə yalnız diyar və bələdiyyə səviyyəsində mümkündür, ümumdövlət referendumu isə konkret məsələ üzrə xüsusi qanun vasitəsilə elan olunur.


AZƏRTAC xəbər verir ki, respondentlərin 85,2 faizi Çexiyanın avroya keçməsi məsələsinə mənfi münasibət bildirib. Sorğuda iştirak edənlərin 51,5 faizi vahid Avropa valyutasını qəti qəbul etmir. Rəyi soruşulan vətəndaşların 4,6 faizi Çexiyanın avroya keçidini dəstəkləyir, 14,8 faizi isə bu fikrə müsbət yanaşırlar.


Respondentlərin 48,8 faizi ölkəyə xarici işçi qüvvəsi cəlb edilməsi məsələsinə etiraz edib, sorğuda iştirak edənlərin 51,3 faizi isə buna razı olduqlarını bildirib.

Xəbər lenti