Xəzər Xəbər

Avropada daş dövrünə aid məzarlıq aşkarlanıb

Dünya | 18:43 • 19 Oktyabr 2017
Avropada daş dövrünə aid məzarlıq aşkarlanıb

Arxeoloqlar Moraviyanın Rayqrad rayonunda şəhərində daş dövrünə aid məzarlıq və dəmir dövrünə aid edilən iki qəbir aşkarlayıblar.


AZƏRTAC ČTK agentliyinə istinadla xəbər verir ki, indiki tapıntılar və həmin ərazidə daha əvvəl tapılan əşyalar bu rayonda qədim insanların yaşayış yerləri olduğunu deməyə əsas verir. Arxeoloq Rixard Bişko deyib ki, məzarlıq texniki pavilyonun tikintisi zamanı tapılıb. Skeletlərin sümükləri yanı üstə uzadılıb. Bu da o dövr üçün xarakterikdir. Qəbirdə qab-qaşıq və digər əşyalar da olub.

Xəbər lenti