Xəzər Xəbər

40 konqresmen müsəlmanların müdafiəsinə qalxdı: SANKSİYA TƏLƏBİ

Dünya | 17:03 • 19 Oktyabr 2017
40 konqresmen müsəlmanların müdafiəsinə qalxdı:

Myanmada müsəlmanlara qarşı törədilən kültləvi qətllərə görə sanksiya tətbiq edilə bilər.

Bu təkliflə amerikalı konqresmenlər dövlət katibi Reks Tilelrsona müraciət edib.

Müraciəti Nümayəndələr Palatasından 40 konqresmen imzalayıb. Onlar 2016-cı ildə ləğv edilən sanksiyaların bərpasını tələb ediblər. Həmçinin ölkədəki mövcud vəziyyətə cavabdehlik daşıyan ayrı-ayrı şəxslərə qarşı məhdudlaşdırıcı addımlar atılmasını istəyiblər: "Biz Myanmada çətin vəziyyətdə qalan və ya ora qayıtmaq istəməyən insanların müdafiəsi üçün mümkün olan hər şeyi etməyə çağırırıq".

Cebhe.info xatırladır ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Myanmadan Banqladeşə 250 min müsəlmanın qaçdığını bildirib.

Rakhayn ştatında müsəlmanlarla buddistlər arasında qarşıduma uzun illərdir ki, davam edir. Nəticədə çox sayda müsəlman öldürülüb. Minlərlə insan evini tərk edib.

Xəbər lenti