Xəzər Xəbər

Məsud Barzaninin müavini barəsində cinayət işi açılıb

Dünya | 16:41 • 19 Oktyabr 2017
Məsud Barzaninin müavini barəsində cinayət işi açılıb

İraq Ali Məhkəməsi ölkənin şimalındakı Kürd Muxtar Əyalətinin başçısı Məsud Barzaninin müavini Kosret Resulun həbsinə dair qərar qəbul edib.

"Report” "Ajanshaber”ə istinadən xəbər verir ki, bunu məhkəmənin sözçüsü Abdusettar Bayaraktar bildirib.

Məlumata görə, K.Resul İraqın mərkəzi hakimiyyətini və ona bağlı hərbi birlikləri "işğalçı güclər" adlandırıb. Bu açıqlamasına görə onun barəsində cinayət işi açılıb.

Qeyd edək ki, Kosret Resul həm də muxtariyyətin "peşmərgə” adlı silahlı dəstələrinin başçısıdır.


Xəbər lenti