Xəzər Xəbər

Rusiya və Hindistan birgə HƏRƏKƏTƏ KEÇİR

Dünya | 15:42 • 19 Oktyabr 2017
Rusiya və Hindistan birgə

Bu gün "İndra-2017" hərbi təlimləri başlayır.

Rusiya Sakit Okean Donanması və Hindistan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin birlikdə keçirəcəyi təlimlər ölkənin Primorski vilayətində start götürüb.

Məlumat Rusiyanın Müdafiə Nazirliyi tərəfindən yayımlanıb. Təlimlərdə Rusiya-Hindistanın böyük sayda hərbi donanması, şəxsi heyəti və iki ölkənin quru qoşunları, aviasiya texnikası da iştirak edir.

"İndra-2017" təlimlərinin oktyabr ayının 29-a qədər davam edəcəyi qeyd olunub.

Xəbər lenti